• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Xankəndi-Laçın yolu: Mübarizə 108 gündür davam edir

SİYASƏT

29 Mart 2023 | 08:42 | Müəllif: Qalib İbrahimoğlu

Xankəndi-Laçın yolu: Mübarizə 108 gündür davam edir

Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan dinc etiraz aksiyası davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün aksiyadan 108 gün keçir.

Aksiyanı gecə saatlarında da davam etdirəm iştirakçılar növbəti günə də adəti üzrə Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayıblar.

Aksiyanın tələb və şüarları dəyişməz qalır. Belə ki, aksiyada Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələb olunur.

İştirakçılar Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.

Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

İsmayıl Alısoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026