• Bakı 20° C

    2.65 m/s

Rusiyaya məxsus təyyarə Qazaxıstanda saxlanıldı - SƏBƏB

DÜNYA

29 Iyun 2022 | 12:13

Rusiyaya məxsus təyyarə Qazaxıstanda saxlanıldı - SƏBƏB

Rusiyanın “Volga Dnepr Airalines” hava şirkətinin RA-82074 bort nömrə nişanlı təyyarəsi Qazaxıstanın Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında saxlanılıb.

Bakıvaxtı.az “Tengrinews.kz”a istinadən xəbər verir ki, məlumatı Qazaxıstan Dövlət Gəlirlər Komitəsi yayıb.

Qeyd olunub ki, təyyarə Çinin Urumçu şəhərindən Nur-Sultanda dayanmaqla Rusiyanın paytaxtı Moskvaya uçurmuş.

Komitənin məlumatında bildirilib ki, təyyarənin heyəti və onların nümayəndəsi gömrük əməliyyatlarının aparılması üçün uyğun sənədləri və məlumatları müəyyən edilmiş müddətdə təqdim etməyib: “Buna görə onlara iyirmi aylıq hesablama göstəricisi məbləğində cərimə nəzərdə tutulub”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026