• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Hindistanda hərbi təyyarə qəzaya uğradı - Ölənlər var

DÜNYA

28 Iyul 2022 | 23:45

Hindistanda hərbi təyyarə qəzaya uğradı - Ölənlər var

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 tipli döyüş təyyarəsi Racastan ştatında qəzaya uğrayıb.

Bu barədə Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə yerli vaxtla saat 21.00 radələrində Bhimra kəndi yaxınlığında qeydə alınıb. Qəza zamanı 2 pilot həlak olub.

Qeyd edilir ki, təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb. Təyyarə qəzadan sonra yanmağa başlayıb.

Təyyarənin hansı səbəbdən qəzaya uğradığı hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026