• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ruslan Pənahovun atası DANIŞDI: "Çox sevincliyik"

CƏMİYYƏT

05 Mart 2024 | 00:56 | Müəllif: Subhan Mahmudov

Ruslan Pənahovun atası DANIŞDI: "Çox sevincliyik"

Fevralın 28-də Ermənistan ərazisində saxlanılan Azərbaycan əsgəri Ruslan Eldəniz oğlu Pənahov barəsində cinayət təqibinə xitam verilib. 

Ermənistan Milli Təhlükəsizlik Xidməti isə bəyan edib ki, İrəvan əsgəri Azərbaycan tərəfinə təhvil vermək qərarına gəlib. 

Bakıvaxtı.az xəbər verir ki, Musavat.com-un əməkdaşı Ruslan Pənahovun atası Eldəniz Pənahovla əlaqə yaradıb. 

"Xəbəri dost-tanışdan, mediadan öyrəndim. Çox sevincliyik. Sizdən öncə də bir media qurumundan zəng vurmuşdular. Hələ ki, rəsmi qurumlardan bizimlə əlaqə saxlayan olmayıb. İnanıram ki, tezliklə övladıma qovuşacam", - Eldəniz Pənahov deyib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026