• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Cəlilabadda süni gölə düşən 18 yaşlı qız xilas edildi

CƏMİYYƏT

03 Aprel 2024 | 21:33 | Müəllif: Subhan Mahmudov

Cəlilabadda süni gölə düşən 18 yaşlı qız xilas edildi

Cəlilabad rayonunda süni gölə düşən 18 yaşlı qız polis əməkdaşları tərəfindən xilas olunub.

Bakıvaxtı.az xəbər verir ki, Cəlilabad rayonu ərazisində 2006-cı il təvəllüdlü qız Petrovka gölü kimi tanınan su hövzəsinə düşüb.

Həmin vaxt ərazidən keçən Cəlilabad Rayon Polis Şöbəsinin iki əməkdaşı qızın suya düşdüyünü və boğulmaqda olduğunu görərək dərhal gölə atılaraq, onun boğulmasının qarşısını alıblar.

Həmin şəxs polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Hazırda fakt araşdılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026