• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Həmin həkim şəhid anasından üzr istədi - VİDEO

CƏMİYYƏT

03 May 2024 | 17:15

Həmin həkim şəhid anasından üzr istədi - VİDEO

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, “Mixaylo” ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamov tərəfindən yersiz replika atıldığı iddia edilib. Belə ki, paylaşımlarda İ.Qulamovun Ş.Şıxəliyevanın yaxasında şəhid oğlunun şəklini görərək “Oğlunuzun şəklini niyə yaxanıza asmısınız?! Ruhuna ağır gedər, adından istifadə etməyin!” dediyi bildirilib.

Daha sonra hətta həkimin mübahisəni davam etdirərək müayinədən imtina etdiyi də qeyd edilib.

Məlumata görə, Şəlalə Şıxəliyeva və qohumu Bakıya müayinə üçün Şirvan şəhərindən gəliblərmiş. Başqa klinikada ailəyə lazım olan cihaz olmadığı üçün Şirvana geri qayıtmağa məcbur olublar.

Bu gün həkim-nevroloq İbrahim Qulamov video paylaşaraq baş verən hadisənin əslində anlaşılmazlıq səbəbindən yaşandığını deyib. O, ifadələrinə görə şəhidin anasından üzr istəyib.

Qeyd edək ki, XTQ giziri olan Mehti Şıxəliyev 2020-ci ilin 7 noyabrında Şuşa döyüşləri zamanı qəhrəmancasına həlak olub. O, ölümündən sonra çoxsaylı medallarla, eləcə də "Qarabağ" ordeni ilə təltif edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR