• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Yunus Əmrədə Turan Yolu

CƏMİYYƏT

03 May 2024 | 17:53 | Müəllif: Qalib İbrahimoğlu

Yunus Əmrədə Turan Yolu

Bu gün Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə iqamətgahlarında "Turan Yolu-Zəngəzurum"  adlı əsərin təqdimatı olub.

Bakıvaxtı.az xəbər verir ki, artıq unudulmaqda olan dekorativ tətbiqi sənət nümunəsi olan bu əsərlə yanaşı Sərdarlı ailəsinin müəllifi olduğu 50-yə yaxın digər əsərləri də sərgilənib.

Lalə Sərdarlı, Toğrul Sərdarlı və İsgəndər Sərdarlının bu əsərləri Azərbaycan mədəniyyət tarixində ilk dəfə müvafiq qurumlar tərəfindən sənət əsərləri kimi dəyərləndirilərək qeydiyyata alınan dekorativ tətbiqi sənət nümunələridir.

Tədbirin əsas məqsədi  unudulmaqda olan xalq sənəti nümunələrimizin günümüzə qayıdışını təbliğ etmək, Vaxtilə xüsusi vandallıqla məhv edilmiş Qərbi Azərbaycanın azərbaycanlılara məxsus tarixi memarlıq abidələrimin, mədəni irs incilərinin dekorativ tətbiqi sənət nümunələrində tərənnüm edilməsini təşviq etməkdir.

Tədbirdə çıxış edən Türkiyənin ölkəmizdəki Bakı Yunus Əmrə İnstitutunun müdiri Selcuk Karakılıç, Azərbaycanın əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünas Ziyadxan Əliyev sərginin əhəmiyyətindən danışaraq Sərdarlı ailəsinin yaradıcılığına xüsusi dəyər veriblər. Ö

z növbəsində Sərdarlı ailəsi adından Azərbaycan Rəssamlar İttifaqının üzvü, Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin Beynəlxalq əlaqələr bölməsinin rəhbəri, araşdırmaçı dekorativ tətbiqi sənət ustası İsgəndər Sərdarlı Türkiyə səfirliyinə, bu tədbirə ev sahibliyi edən Bakı Yunus Əmrə İnstitutuna, eləcə də bütün qonaqlara dərin minnətdarlığını bildirib.


Yunus Əmrədə Turan YoluYunus Əmrədə Turan YoluYunus Əmrədə Turan Yolu
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026