• Bakı 19° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Rustavi həbsxanası Saakaşvili ilə bağlı yeni qərar verdi

DÜNYA

14 Fevral 2022 | 15:42

Rustavi həbsxanası Saakaşvili ilə bağlı yeni qərar verdi

Gürcüstanın Rustavi şəhərinin həbsxanasının administrasiyası sabiq Prezident Mixail Saakaşvilinin ailə üzvlərinə onu ayda bir dəfədən artıq ziyarət etməyə qadağa qoyub.

Bakıvaxtı.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Saakaşvilinin vəkili Beka Basiliya açıqlayıb.

“Bilirsiniz ki, Saakaşviliyə telefondan istifadə etməyə icazə verilmir. İndi isə məlum olub ki, onun ailə üzvləri gürcü siyasətçini ayda bir dəfədən artıq ziyarət edə bilməzlər. Əvvəllər ailəsini Saakaşvilinin ziyarətinə 3-4 dəfə buraxırdılar”, - deyə vəkil qeyd edib.

Xatırladaq ki, Gürcüstanın eks-Prezidenti 50 günlük aclıq aksiyasından sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.

Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, 6 il müddətinə həbs olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026