• Bakı 20° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Saakaşvili bütün Gürcüstanı etiraza çağırdı

DÜNYA

17 Aprel 2024 | 14:08

Saakaşvili bütün Gürcüstanı etiraza çağırdı

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili müxalifət tərəfdarlarını etiraz aksiyalarını davam etdirməyə və bütün ölkəyə yaymağa çağırıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Saakaşvili qeyd edib ki, güc yalnız birlikdədir:

“Təbii ki, etiraz aksiyaları davam etməli və bütün Gürcüstanı əhatə etməlidir. Nə qədər çox olsaq, bir o qədər tez qalib gələcəyik”.

Eks-prezident həmçinin bütün müxalifət qüvvələrini payızda keçiriləcək parlament seçkilərinə qədər birləşməyə çağırıb.

Qeyd edək ki, müxalifət “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin qəbuluna etiraz olaraq parlamentin binası qarşısında aksiya keçirir.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026