8 Noyabr Zəfər Gününün beşinci ildönümü münasibətilə sabah Bakıda hərbi orkestrlərin iştirakı ilə yürüşlər keçiriləcək.
Bakıvaxtı.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yürüşlər paytaxtın mərkəzi küçə və prospektlərində 3 istiqamət üzrə saat 10-12:00 aralığında təşkil olunacaq.
1-ci yürüş Şəhidlər xiyabanı – “Alov Qüllələri” Kompleksindən metronun “İçərişəhər” stansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəlinin qarşısına qədər davam edəcək.
2-ci yürüş Q.Musabəyov parkından Əbdürrəhim Bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər xiyabanına qədər davam edəcək.
3-cü yürüş “Olimpik Star” İdman və Əyləncə Mərkəzindən Səməd Vurğun küçəsi – Zabitlər parkı, Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İ.Nəsimi heykəli – Neftçilər prospektinədək davam edəcək.
Bakı 



