• Bakı 20° C

    3.17 m/s

Sabah bu ərazidə elektrik enerjisi kəsiləcək

CƏMİYYƏT

29 Mart 2024 | 21:15 | Müəllif: Subhan Mahmudov

Sabah bu ərazidə elektrik enerjisi kəsiləcək

Xırdalan şəhərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində 30 mart 2024-cü il tarixində saat 9:00-dan saat 17:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Azərişıq” ASC istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə sözügedən ərazidə yenidənqurma işləri həyata keçirəcək.

Görülən yenidənqurma işləri gün ərzində yekunlaşdırılaraq elektrik enerjisinin verilişi tam təmin ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Oktyabr 2026