369 fələstinli məhbusun sabah azad ediləcəyi gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fələstinli Məhbusların Media Ofisi məlumat yayıb.
Məlumata görə, oktyabrın 7-dən sonra heç bir ittiham irəli sürülmədən saxlanılan Qəzza zolağından ömürlük həbs cəzası alan 36 məhbusun və 333 məhbusun İsrail hakimiyyəti tərəfindən sabah azad ediləcəyini bildirib.
Belə ki, bəyanat HƏMAS və Fələstin İslami Cihadın mübadilədə sərbəst buraxılması gözlənilən üç israilli əsirin adlarını açıqlamasından sonra gəlib.
Mina Mikayılova