Sabah Kəlbəcərə növbəti köç olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Şəhər Günü münasibətilə təşkil olunan konsert proqramı öncəsi çıxışında deyib.
Onun sözlərinə görə, Böyük Qayıdış proqramı əsasında Kəlbəcər rayonunda da yenidənqurma istiqamətində kompleks tədbirlər keçirilir.
Xüsusi nümayəndə əlavə edib ki, birinci yaşayış məhəlləsində artıq bir neçə mənzil istifadəyə verilib:
"Hazırda ikinci, üçüncü və dördüncü yaşayış məhəllələrində layihələndirmə işləri aparılır"
Bakı 



