Dekabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
ETSN Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-13° isti,Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 765 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-70 % olacaq.
Rayonlarda da hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
















