• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ağacların kəsilməsi ilə bağlı şikayət təsdiqini tapmadı

CƏMİYYƏT

13 Yanvar 2022 | 11:10

Ağacların kəsilməsi ilə bağlı şikayət təsdiqini tapmadı

Şəki şəhəri Ekonom marketin qarşısında  ağacların kəsilməsi ilə bağlı  Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb və məlum olub ki, sözügedən ünvanda ağac kəsintisi deyil, təhlükə yaradan bir neçə ağacın budanması həyata keçirilib. Odur ki, ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət həqiqəti əks etdirmir.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Bakıvaxtı.az-a bildirib ki, həmin ərazidə fəaliyyət göstərən Kapital Bankın Şəki filialı tərəfindən bankın binasının qarşısında, Ekonom marketin yaxınlığında təhlükə yaradan iri gövdəli və çox hündür bir neçə ağacın budanmasına rəy verilməsi üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub və Agentlik tərəfindən insanların həyatına təhlükə yaradan 6 ağacın budanmasına rəy verilib. 

B.Məhəmmədov  yaşıllıqlara qayğı və həssaslıqla yanaşaraq Xidmətə məlumat verən ictimaiyyət nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə görə təşəkkürünü bildirib, eyni zamanda ağacların budanmasını kəsilmə kimi təqdim edərək ictimaiyyətdə çaşqınlıq yaratmamalarını xahiş edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026