İstehlaka yararsız süd məhsulları məhv edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Verilən məlumata görə, “Az FP Co LTD” MMC-nin müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 74 adda, ümumi çəkisi 11429,38 kq müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.




jpegjpg-1647203506.webp)











