• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qida məhsullarının üzərində aldadıcı məlumatlar yazılır - XƏBƏRDARLIQ

CƏMİYYƏT

13 Mart 2022 | 21:14 | Müəllif: Qalib İbrahimoğlu

Qida məhsullarının üzərində aldadıcı məlumatlar yazılır - XƏBƏRDARLIQ

"Qida təhlükəsizliyi haqqında" qanuna istehlakçıların aldadılmaması üçün müəyyən əlavələr edilib.

Bakıvaxtı.az xezerxeber.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) aparat rəhbəri Elxan Mikayılov bildirib.

Onun sözlərinə görə, aparılan müşahidələr zamanı istehlak bazarında bununla bağlı neqativ hallar aşkarlanıb. Aparat rəhbəri qeyd edib ki, qida məhsulları üzərində yanlış məlumatların yerləşdirilməsi istehlakçıların aldadılması və onların hüquqlarının pozulması ilə nəticələnə bilər.

Elxan Mikayılov deyib ki, eyni xassəli məhsulların digər analoji məhsullardan daha üstün olması təəssüratı yaratmaqla istehlakçılarda yanlış fikrlər formalaşdırılır. Qanuna əsasən, sahibkarlıq subyektləri tərəfindən həm də eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələr xüsusi xassələr kimi təqdim edilməməlidir.

AQTA rəsmisi əlavə edib ki, yeni qaydaların tətbiqi istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədi daşıyır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026