• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Toya gedən koronavirus xəstəsi saxlanıldı

CƏMİYYƏT

12 Fevral 2022 | 10:48 | Müəllif: Subhan Mahmudov

Toya gedən koronavirus xəstəsi saxlanıldı

Şəmkirdə toy mərasimində iştirak edən koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər zamanı koronavirus testinin nəticəsi pozitiv çıxan Rəvan Musazadənin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi və “Sakit palace” şadlıq sarayında keçirilən toy mərasimində iştirak etməsi aşkar edilib.

Müəyyən edilən tibbi prosedurlar gözlənilməklə həmin şəxslə profilaktiki söhbət aparılaraq yaşadığı evə göndərilib.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026