Ermənistan parlamentinin keçmiş deputatı, 55 yaşlı Hrant Ayvazyan avtomobil qəzasında ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Bildirilib ki, o, Edmon Marukyanın sədrlik etdiyi "Parlaq Ermənistan" Partiyasının üzvü olub. Qəza bu gün saat 12:00 radələrində İrəvan-Vanadzor avtomobil yolunda baş verib. Zərərçəkənlər arasında hamilə qadın da olub, o, təcili xəstəxanaya yerləşdirilib.
















