Badam aclığı idarə etməyə kömək edir və ürək sağlamlığını yaxşılaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu, alimlərin gəldiyi qənaətdir.
Cənubi Avstraliya Universitetinin alimlərinin təcrübəsində 25 yaşdan 65 yaşa qədər olan 106 kilolu və obez könüllü iştirak edib. Tədqiqatçılar onları iki qrupa ayırıblar. Doqquz ay ərzində hər iki qrup üç aylıq kalorili məhdudlaşdırılmış pəhriz və altı aylıq çəki saxlama pəhrizini ehtiva edən xüsusi bir qidalanma proqramını izləyib. Birinci qrupdakı iştirakçılar yeməklər arasında qəlyanaltı kimi yüksək karbohidratlı düyü krakerləri və ya müsli yeyib, ikinci qrup isə badam yeyib.
Təcrübənin sonunda məlum olub ki, hər iki növ qəlyanaltı iştirakçıların çəkisinin ilkin dəyərdən təxminən 9,3% azalmasına səbəb olub. Bununla birlikdə, badam istehlak edən iştirakçılar daha yüksək kardiometabolik sağlamlıq nisbətlərini nümayiş ediblər.
Alimlər bu nəticələri badamın əhəmiyyətli miqdarda doymamış yağ ehtiva etməsi ilə izah edirlər.
Mina Mikayılova
















