• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

2531-ci ilə qədər hamı eyni soyadlı olacaq

CƏMİYYƏT

06 Aprel 2024 | 10:56

2531-ci ilə qədər hamı eyni soyadlı olacaq

Yaponiyada evli cütlüklərin ayrı soyadlardan istifadə etməsinə icazə verilməsə, 500 il ərzində bütün Yaponiya vətəndaşları eyni soyada sahib olacaqlar.

Bakıvaxtı.az "N TV"yə istinadən xəbər verir ki, bu barədə Tohoku Universitetinin iqtisadiyyat professoru Hiroşi Yoşidanın apardığı araşdırmanın nəticəsidir.

Professor Yaponiyanın cütlüklərin tək soyad seçmələrində israr etməsinə davam edəcəyi təqdirdə 2531-ci ilə qədər hər bir yapon soyadının Sato-san olacağını proqnozlaşdırıb.

Yoşida proqnozlarının müxtəlif fərziyyələrə əsaslandığını etiraf etsə də, məqsədinin mövcud sistemin Yapon cəmiyyətinə potensial təsirlərini rəqəmlərlə izah edərək məsələyə diqqət çəkmək olduğunu bildirib.

2023-cü ilin martında aparılan araşdırmaya görə, Sato yapon soyadları siyahısına başçılıq edir, ümumi əhalinin 1,5 faizini təşkil edir, Suzuki isə ikinci yerdədir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026