• Bakı 15° C

    6.68 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Eyvandan dama yıxılan qadın xilas edildi - VİDEO

CƏMİYYƏT

06 May 2024 | 10:44

Eyvandan dama yıxılan qadın xilas edildi - VİDEO

Bakı şəhəri, Binəqədi rayonu ərazisində binaların birində vətəndaş köməksiz vəziyyətdə qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub. 

Bildirilib ki, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yaşayan 1985-ci il təvəllüdlü M.Hüseynova yaşadığı mənzilin eyvanından binanın 1-ci mərtəbəsində yerləşən artırmanın damına yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı müvafiq vasitələrlə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


SON XƏBƏRLƏR

18 May 2024