• Bakı 17° C

    6.68 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Bu şadlıq evi 2 milyona satıldı: Sökülür - FOTO

CƏMİYYƏT

06 May 2024 | 10:50

Bu şadlıq evi 2 milyona satıldı: Sökülür - FOTO

Bakının Xətai rayonu Gəncə prospektində yerləşən "Şəms" şadlıq evinin söküntüsünə hazırlıq gedir.

Bakıvaxtı.az xəbər verir ki, sakinlərin Axar.az-a verdiyi məlumata görə, ötən gündən başlayaraq şadlıq evinin kənarına dəmir qaynaq edilir və hasara alınır. Şadlıq evinin söküləcəyi bildirilir.

Qeyd edək ki, "Şəms" şadlıq evinin bir müddət öncə 2 milyon manata satıldığı haqda məlumat yayılmışdı. Satılmazdan öncə "Mərasim evi"nə çevrilən keçmiş şadlıq evi fəaliyyətini dayandırmış və müəyyən daxili söküntü işləri aparılmışdı. "Mərasim evi" isə yaxınlıqdakı binanın zirzəmisində fəaliyyətini davam etdirirdi.

"Şəms" şadlıq-mərasim evinin sökülərək yerində yaşayış binası tikiləcəyi ehtimal edilir.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu verilib.


SON XƏBƏRLƏR

18 May 2024