"Xərçəngin yaranması, əsasən, ətraf mühit faktorlarından, qidalanmadan və həyat tərzindən asılıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Manisa Şəhər Xəstəxanası Tibbi Onkologiya həkimi Engin Kut son dövlər artan xərçəng xəstəliyindən danışarkən deyib.
Onun sözlərinə görə, bütün bunlar əvəz edilə bilən səbəblərdir:
“Ona görə də, siqaret və spirtli içkilərdən uzaq olaq. Gəlin, adekvat və balanslı qidalanaq, müntəzəm fiziki fəaliyyətlə məşğul olaq. Günəşin zərərli şüalarına uzun müddət məruz qalmaqdan özümüzü qoruyaq".
Onkoloq qeyd edib ki, xərçəng erkən diaqnoz qoyulduqda müalicə oluna bilən xəstəlikdir:
"Bu səbəblə 40 yaşından başlayaraq qadın xəstələrimiz üçün hər il dəri müayinəsi, süd vəzilərinin skrininqini, 50 yaşından başlayaraq hər kəsə kolorektal xərçəng üçün bağırsaq xərçəngi skrininqini tövsiyə edirik. Bəzən bir gün belə çox şey dəyişir. Ona görə də xərçəngə yox, həyata şans verək".
Ay Tac
















