• Bakı 19° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Sabiq polkovnik dekan oldu

SİYASƏT

12 Oktyabr 2026 | 11:01 | Müəllif: Əli Hüseynov

Sabiq polkovnik dekan oldu

Azərbaycan Texniki Universitetində yeni təyinat olub.

Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, ehtiyatda olan polkovnik Elşən Qiyas oğlu Həşimov Azərbaycan Texniki Universitetinin Nəqliyyat və logistika fakültəsinin dekanı təyin edilib.

Qeyd edək ki, Elşən Həşimov 2015-2020-ci illərdə Hərbi Akademiyanın Adyunktura və Elm şöbəsinin rəisi-professor vəzifəsində çalışıb. 2020-2022-ci illərdə o, Hərbi Akademiyanın Adyunktura və Elm şöbəsinin Adyunkturasında professor-məsləhətçi vəzifəsində işləyib. 2022-ci ildən isə Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda professor-məsləhətçi (Elmi katib) vəzifəsində çalışır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR