• Bakı 25° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Şad XƏBƏR: Bu ərazimizdə bəzi ailələrə yeni mənzillər veriləcək

CƏMİYYƏT

10 Iyul 2025 | 13:07

Şad XƏBƏR: Bu ərazimizdə bəzi ailələrə yeni mənzillər veriləcək

Azərbaycanda müharibə əlilləri və şəhid ailələri dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatələnib. Bu istiqamətdə mütəmadi olaraq sosial yönümlü tədbirlər həyata keçirilir. Onların mənzil şəraitinin və sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Bakıvaxtı.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu tədbirlərin davamı olaraq Gəncə şəhərində də bu kateqoriyadan olan şəxslərin mənzil şəraiti yaxşılaşdırılır.

Belə ki, əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Gəncə şəhərində
16 ədəd birotaqlı, 16 ədəd ikiotaqlı və 8 ədəd üçotaqlı mənzil veriləcək.

Sosial Xidmətlər Agentliyi artıq bir müddətdir bununla bağlı hazırlıqlara başlayıb və satınalma müsabiqəsi elan edib. Lakin ümumilikdə 40 mənzilin satın alınması ilə bağlı dəyəri 2 milyon 866 min manat proqnozlaşdırılan tender satınalmada iştirak etmək hüququ olan təchizatçıların sayının üçdən az olduğu üçün ləğv edilib.


SON XƏBƏRLƏR