• Bakı 23° C

    10.21 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Şahbuzda narkotik satışında şübhəli bilinən şəxs saxlanıldı

CƏMİYYƏT

31 Yanvar 2023 | 12:09

Şahbuzda narkotik satışında şübhəli bilinən şəxs saxlanıldı

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda narkotik və psixotrop maddələrin dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilərək məsuliyyətə cəlb edilib.

Bakıvaxtı.az xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə Babək rayonu Məzrə kənd sakini 1984-cü il təvəllüdlü Vidadi İbrahimov saxlanılıb.

Onun üzərindən 5,137 qram olan metamfetamin aşkar edilərək götürülüb.

Psixotrop maddənin hansı mənbədən əldə etməsi istiqamətində tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyun 2026