• Bakı 19° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

"Şahdəniz" yatağında qaz hasilatı 26 mlrd. kubmetri ötəcək

İQTİSADİYYAT

08 Dekabr 2023 | 12:49

Şahdəniz yatağında qaz hasilatı 26 mlrd. kubmetri ötəcək

Gələn il “Şahdəniz” qaz-kondensat yatağından 26,1 mlrd. kubmetr qaz hasil olunacağı gözlənilir, bu da bu ilin proqnoz göstəricisi ilə müqayisədə 3,16% çoxdur.

Bu barədə Bakıvaxtı.az “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi”nə istinadən xəbər verir.

Sənədə əsasən, bu il “Şahdəniz”də 25,3 mlrd. kubmetr qaz hasil olunacaq. Ötən il bu göstərici 24 mlrd. kubmetr təşkil edib.

Rəydə o da qeyd olunub ki, 2024-cü ildə yataqda 33,8 mln. barel qaz kondensatı hasil olunacaq ki, bu da cari ilin proqnoz göstəricisi ilə müqayisədə 0,6% azalma deməkdir.

Bildirilib ki, 2023-cü ildə “Şahdəniz” yatağında 34 mln. barel kondensatın hasil olunacağı proqnozlaşdırılır. 2022-ci ildə isə bu göstərici 33,8 mln. barel səviyyəsində idi.


SON XƏBƏRLƏR

08 May 2025