• Bakı 16° C

    2.86 m/s

Sahibə Qafarova Cakartada bir sıra görüşlər keçirdi

CƏMİYYƏT

07 Oktyabr 2022 | 17:40

Sahibə Qafarova Cakartada bir sıra görüşlər keçirdi

Milli Məclisin sədri Sahibə Qafarova İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən "Böyük iyirmilik" ölkələri parlament sədrlərinin 8-ci sammiti çərçivəsində bir sıra görüşlər keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, parlamentlərarası İttifaqın Prezidenti Duarte Paçeko, İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri Puan Maharani, Avstraliya Nümayəndələr Palatasının spikeri Milton Dik, Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratiuk və Kamboca parlament nümayəndə heyətinin rəhbəri Suos Yara ilə görüşlərdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti, təşkilatın qarşısında duran vəzifələr haqqında geniş məlumat verilib.

Görüşlərdə ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlıq, parlament təşkilatları ilə əlaqələrin genişləndirilməsi mövzularında da fikir mübadiləsi aparılıb.


Sahibə Qafarova Cakartada bir sıra görüşlər keçirdiSahibə Qafarova Cakartada bir sıra görüşlər keçirdiSahibə Qafarova Cakartada bir sıra görüşlər keçirdiSahibə Qafarova Cakartada bir sıra görüşlər keçirdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026