• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda Zəfər Günü bağlı olacaq yollar AÇIQLANDI

CƏMİYYƏT

06 Noyabr 2022 | 15:40 | Müəllif: Subhan Mahmudov

Bakıda Zəfər Günü bağlı olacaq yollar AÇIQLANDI

Bakıda 8 noyabr Zəfər Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətinin yürüşü ilə əlaqədar 3 marşrut üzrə yollar bağlı olacaq.

Bu barədə Bakıvaxtı.az-a Bakı şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, tədbirlərlə əlaqədar müəyyən marşrutlar nəzərdə tutulub.

Birinci marşrut: Heydər Əliyev sarayı, Bülbül prospekti, Nizami kino mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı istiqamətində;

İkinci Marşrut: Şəhidlər Xiyabanı, Alov Qüllələri kompleksi, İçərişəhər metrosu, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gur heykəlinin qarşısı.

Üçüncü marşrut: Hüseyn Cavid parkı, Hüseyn Cavid Prospekti, Parlament Prospekti, Şəhidlər Xiyabanı.

DYP rəsmisi bildirib ki, qeyd olunan saatlarda marşrutlar üzrə yollarda nəqliyyatın hərəkəti dayandırılacaq:

"Sürücülərdən və hərəkət iştirakçılarından xahiş edirik ki, yürüşün keçirildiyi saatlarda lazımı şəraiti yaratsınlar, tədbirin yüksək səviyyədə keçirilməsi ilə bağlı polisə dəstək göstərsinlər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026