• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"1 manatlıq" taksilər yollarda xaotik vəziyyət yaradır - BNA

CƏMİYYƏT

06 Dekabr 2022 | 13:26 | Müəllif: Qalib İbrahimoğlu

"1 manatlıq" taksilər yollarda xaotik vəziyyət yaradır - BNA

"Bakıda qanunsuz sərnişin daşıma vasitələrinin mövcudluğu və onların yaratdığı mənzərə leqal sərnişin daşımalara ciddi maneə törədir".

Bakıvaxtı.az xəbər verir ki, bunu xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, sərnişinlərin "1 manatlıq" taksilərdən istifadəsi yollarda xaotik vəziyyət yaradır.

M.Ağayev qeyd edib ki, "20 yanvar" və "Koroğlu" metrostansiyaları istiqamətində hər gün axşam və səhər saatlarında xaotik vəziyyət müşahidə olunur: "Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Bakının müxtəlif kəndləri isfiqamətində hərəkət edən avtobuslar var. Amma insanlar metrodan çıxıb müəyyən bir məsafəni qət edərək həmin mübadilə mərkəzinə getmək istəmir və "1 manatlıq taksilər"dən və ya digər qanunsuz sərnişindaşıma vasitələrindən istifadə edir. Nəticədə həm yolda xaotik vəziyyət baş verir, həm daşıyıcı sərnişin itirir və daşıyıcı sərnişin itirəndə də onun gəlirləri azalır. Elə görünür ki, həmin ərazidə avtobus yoxdur. Əslində isə belə deyil. Həmin sərnişinlər Nəqliyyat Mübadilə Mərkəzinə yönəlsə, onları daşımaq üçün avtobus da olacaq. Bu gün Bakıda istehsalat bazalarında kifayət qədər avtobus var".

BNA sözçüsünün dediyinə görə, bəzi hallarda qanunsuz sərnişin daşıma vasitələri dayanacaqların ətrafında elə bir süni tıxac halı yaradır ki, avtobusların o məntəqələrə giriş-çıxışında çətinlik olur: "Nəticədə sərnişinlər həmin "1 manatlıq" taksilərdən istifadə edirlər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026