• Bakı 8° C

    10.2 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bayramdan sonra işə necə adaptasiya olaq?

CƏMİYYƏT

05 Yanvar 2023 | 11:05 | Müəllif: Qalib İbrahimoğlu

Bayramdan sonra işə necə adaptasiya olaq?

Məzuniyyəti, xüsusilə də bayram tətillərini hər kəs çox sevir. İşləyən insanlar bayram tətillərində rahat istirahət edir, qısa müddət də olsa iş stresindən uzaq qalırlar.

Bəs bayram tətilindən qayıtdıqdan sonra işə adaptasiya prosesində nəyə diqqət etməliyik?

Elnur Rüstəmov: Yarımçıq qalan işlər tamamlandıqdan sonra gərginlik geridə qalır və insan rahat şəkildə işə fokslana bilir

Psixoloq Elnur RüstəmovBakıvaxtı.az-a açıqlamasında bildirib ki, bayram, qısa tətil və məzuniyyətlərdən sonra bir qisim insan işə adaptasiya olmaqda müəyyən problemlər yaşayırlar. Onun sözlərinə görə, burda əsas diqqət yetiriləcək məqam insanın bayramı necə keçirdiyidir: “Bunlar doğru formada gedərsə, insanın işə adaptasiya prosesi uzun zaman almır. Bu, həm də insanın nə qədər sevdiyi işlə məşğul olmasından asılıdır. Çünki bir insan sevdiyi işlə məşğul olursa, məzuniyyət və ya ezamiyyətdən sonra işə adaptasiya prosesində xüsusi bir çətinlik yaşamır”.

Psixoloq qeyd edib ki, tətildən sonra işə adaptasiyada çətinlik yaşayan insanlara gəldikdə isə 1-2 gün çətinlik yaşaya bilərlər: “Yarımçıq qalan işlər tamamlandıqdan sonra gərginlik geridə qalır və insan rahat bir şəkildə işə fokslana bilir. Ona görə, ilk növbədə təcili görüləcək işləri həyata keçirməyə, kollektivdə pozitiv ab-hava yaratmağa diqqət yetirmək lazımdır”.

E.Rüstəmov hesab edir ki, bunlar olarsa, adaptasiya prosesində xüsusi bir çətinlik olmaz: “Ancaq bir daha qeyd edirəm ki, məzuniyyətin və ya bayramın təşkili məsələsi işə adaptasiya prosesinə çox böyük təsir göstərir. Eyni zamanda, insanın sevdiyi işlə məşğul olması da insanın tez bir zamanda adaptasiya olmasına təsir edir”.

Günay Kərimi: Tətil sonrası işə adaptasiya olmaq bəzi insanlarda çətinliklərin yaranmasına səbəb ola bilir

Psixoloq Günay Kərimi Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, çətin iş rejimindən sonra bir neçə gün tətil etmək insanlarda həm fiziki, həm də zehni dincəlmək üçün çox vacibdir. Onun sözlərinə görə, insanlar tətil zamanı yuxu rejiminə diqqət etmirlər, işə başlayarkən də ilk olaraq yuxudan oyanmağa əziyyət çəkirlər.

"Ümumiyyətlə, tətil sonrası işə adaptasiya olmaq bir müddət insanlarda çətinliklərin yaranmasına səbəb ola bilir. Tətildən sonra işə adaptasiya ola bilməmək iş rejiminə də mənfi təsir göstərə bilər. İlk iş günü həvəssizlik, yorğunluq, yuxusuzluq və əsəbilik halları özünü göstərə bilər" deyən psixoloq bildirib ki, bu problemi aradan qaldırmaq üçün insan psixoloji hazır olmalıdır.

"Həmçinin işə başladığımız ilk bir neçə gün özümüzü yormadan, aram-aram zehnimizi bu rejimə hazırlamalıyıq. Belə etməsək, tətil zamanı yığdığımız enerjini tez xərcləmiş olarıq. Dediyimiz şeylərə əməl etsək, daha rahat işə adaptasiya ola bilərik”, - deyə Günay Kərimi əlavə edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026