• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Müdafiə Nazirliyi təcili MƏLUMAT YAYDI

CƏMİYYƏT

04 Fevral 2023 | 10:05

Müdafiə Nazirliyi təcili MƏLUMAT YAYDI

Quru Qoşunlarının 2023-cü il üzrə döyüş hazırlığı planına uyğun olaraq, atıcı silahlar və snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.

MN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, atışdan qabaq şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, onların nəzəri biliklərini artırmaq məqsədilə məşğələlər keçirilib.

Atışın şərtləri ilə tanış olduqdan sonra müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular təlim sahələrində silahların döyüşə hazır vəziyyətinə gətirilməsi və şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.

Səhra şəraitində keçirilən təlim atış çalışmalarında əsas diqqət şəxsi heyətin düzgün nişanalma qaydalarına əməl etməklə hədəfləri dəqiq atəşlə məhvetmə qabiliyyətinin artırılmasına yönəldilib.


Müdafiə Nazirliyi təcili MƏLUMAT YAYDI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026