• Bakı 17° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

KTM-ə zəhərlənmə ilə bağlı 739 nəfər müraciət etdi, 9-u öldü

CƏMİYYƏT

06 Mart 2023 | 09:19

KTM-ə zəhərlənmə ilə bağlı 739 nəfər müraciət etdi, 9-u öldü

Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 739 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, onlardan 116-sı Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 59-u dərmandan, 17-si sirkə turşusundan, 20-si dəm qazından, 4-ü alkoqollu içkidən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 9-u allergik reaksiya, 3-ü isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 52-si qadın, 40-ı kişi, 24-ü isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 3 nəfər sirkə turşusundan, 1 nəfər metil spirtindən, 4 nəfər isə dəm qazından dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 7-si kişi, 2-si qadındır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026