• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ramazanın 14-cü gününün DUASI, İMSAK, İFTAR VAXTLARI

CƏMİYYƏT

05 Aprel 2023 | 03:23 | Müəllif: Qalib İbrahimoğlu

Ramazanın 14-cü gününün DUASI, İMSAK, İFTAR VAXTLARI

Bu gün Ramazan ayının on dördüncü günüdür. 

Bakıvaxtı.az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, bu gün imsak vaxtı saat 04:51-də, iftar vaxtı isə 19:23-dədir. 

On dördüncü günün imsak vaxtı üçün duanı təqdim edirik: 

"Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin!" 

Tərcüməsi: 

"İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!" 

İftar duası: 

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!" 

Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!" 

Allah orucunuzu qəbul eləsin! 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR