• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pirsaat anbarı 5 ildən sonra ilk dəfə su ilə doldu

CƏMİYYƏT

04 May 2023 | 20:11 | Müəllif: Subhan Mahmudov

Pirsaat anbarı 5 ildən sonra ilk dəfə su ilə doldu

Ötən gün fasiləsiz yağışların yağması Hacıqabul rayonu ərazisində yerləşən Pirsaat su anbarına da təsir göstərib.

Bakıvaxtı.az-ın məlumatına görə, anbarın qidalandığı Pirsaat çayında bol sululuq yarandığından 5 ildən sonra yazda ilk dəfə olaraq anbar su ilə dolub.

Hacıqabul Rayon Suvarma Sistemləri İdarəsindən verilən məlumata görə, Pirsaat su anbarının 60 faizi su ilə dolub. Çayda bol sululuq yarandığından anbarın da tam dolması gözlənilir. Hazırda əkin sahələrinin suvarılması üçün əhaliyə su verilir. Hələlik suvarma suyu sarıdan elə bir problem yaşanmır.

Qeyd edək ki, rayonun Qubalı-Baloğlan, Rəncbər, Navahi, Atbulaq və Qızılburun kəndələrinin ərazisində olan 7200 hektar əkinə yaralı torpaq sahəsi Pirsaat su anbarının vasitəsi ilə suvarılır. Son 5 ildə anbarda su olmadığından əhali əkin-biçinlə məşğul olmaqdan məhrum olmuşdu./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026