• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Həkimlərimiz Xankəndidə 

CƏMİYYƏT

05 Aprel 2023 | 01:56 | Müəllif: Qalib İbrahimoğlu

Həkimlərimiz Xankəndidə

 Bu gün axşam saatlarında ekoloji fəallarımızın aksiyasının keçirildiyi yerin yaxınlığında diqqətçəkən bir vəziyyət yaşanıb.

 Bakıvaxtı.az  “Caliber”-ə istinadən  xəbər verir ki, axşam saatlarında Rusiya sülhməramlıları Ermənistandan bir qrup erməni vətəndaşı gətirsələr də, onların keçidini ilkin olaraq razılaşdırmayıblar. Vəziyyət aydınlaşarkən, səhhəti zəif olan üç mülki şəxsə tibbi yardım lazım olub.

Azərbaycan tərəfi erməni əsilli vətəndaşları üçün təcili tibbi yardım maşını təşkil edib və o gələnə qədər həkimlərimiz həmin şəxslərə yerindəcə köməklik göstəriblər.

Daha sonra Azərbaycanın təcili tibbi yardım maşını xəstələri Xankəndiyə çatdırıb.


Həkimlərimiz Xankəndidə
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026