• Bakı 24° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Anar Bağırov yenidən sədr seçildi

CƏMİYYƏT

06 Dekabr 2022 | 13:33 | Müəllif: Qalib İbrahimoğlu

Anar Bağırov yenidən sədr seçildi

Azərbaycan Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, konfransda Anar Bağırov növbəti dəfə VK Rəyasət Heyətinin sədri, Aydın Axundov, Pərviz Ələkbərov və Şahmar Məmmədov isə onun yeni sədr müavinləri seçilib.

Bundan başqa, konfransda VK Rəyasət Heyətinin yeni üzvləri seçilib. Belə ki, Ramiz İbrahimov, İlhamə Həsənova, Dilarə Əfrasiyabova, Adil Kərimli, Sevinc Alızadə, Fariz Məmmədov, Lalə Nağıyeva, Muxtar Mustafayev, Elçin Usub, Azər Quliyev, Vüqar Babayev Kollegiyanın Rəyasət Heyətinin yeni üzvləri seçilib.

Cavid Alıyev Vəkillərin İntizam Komissiyasının sədri, Elxan Quliyev onun müavini, İsmayıl Kəngərli, Elşən Səfərov, Ələsgər Hüseynli, Bəhrəmiyyə İlqar, Esmira Hüseynova, Əlirza Əbilov, Vasif Həsənov, Fazil Əhmədov, Abbas Kərimbəyli, Xəyal Bəşirov, Gülşən Salmanova, Paşa Səfərov, Elvin Səlimov, Elvin Əliyev, Ruslan Vəliyev isə Komissiyasının üzvləri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR