• Bakı 21° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Sahibə Qafarova Numan Kurtulmuşu Azərbaycana dəvət etdi

CƏMİYYƏT

08 Iyun 2023 | 15:27

Sahibə Qafarova Numan Kurtulmuşu Azərbaycana dəvət etdi

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşu Azərbaycana rəsmi səfərə dəvət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan parlamentinin sədrinin TBMM sədrinə ünvanladığı təbrik məktubunda əksini tapıb.

Məktubda qeyd edilib ki, “Bir millət, İki dövlət” şüarını rəhbər tutan ölkələrimiz arasındakı strateji müttəfiqlik bütün sahələrdə olduğu kimi parlamentlərarası əlaqələr sahəsində də uğurla inkişaf edir.


SON XƏBƏRLƏR

08 May 2025