• Bakı 22° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Sahibəsi ilə birlikdə mahnı oxuyan pişik sosial şəbəkəni fəth etdi - VİDEO

DÜNYA

13 Avqust 2022 | 14:02

Sahibəsi ilə birlikdə mahnı oxuyan pişik sosial şəbəkəni fəth etdi - VİDEO

Sahibəsi ilə birlikdə mahnı oxuyan pişik barədə kadrlar sosial şəbəkədə böyük maraqla qarşılanıb.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, videonun müəllifinin sözlərinə görə, pişiyinin adı Maksiminodur.

Bununla bağlı yayılan videoda gənc qızın operadan bir hissə oxuyarkən pişiyin kamera qarşısına keçməsi əks olunub. Sahibəsi pişiyi qovmağa çalışsa da, o getmək istəmir və sanki özü oxuyurmuş kimi miyoldamağa başlayır.

Pişiyin videosu sosial şəbəkələrdə yayımlandıqdan sonra şərhçilər Maksiminonun "müğənnilik bacarığı"nı yüksək qiymətləndiriblər. İnsanlar zarafatla ev heyvanının operada böyük uğur qazana biləcəyini deyiblər.

Pişiyin sahibi əlavə edib ki, ev heyvanı diqqəti cəlb etməyi sevir və tez-tez onunla oynamaq üçün yüksək səslə miyoldayır.

 


SON XƏBƏRLƏR

19 Aprel 2024