• Bakı 21° C

    6.7 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

Sahibkarlara ŞAD XƏBƏR - Vahid vergi bəyannaməsini “SİMA İmza” ilə vermək olacaq

CƏMİYYƏT

08 Oktyabr 2025 | 09:19

Sahibkarlara ŞAD XƏBƏR - Vahid vergi bəyannaməsini “SİMA İmza” ilə vermək olacaq

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC və Dövlət Vergi Xidmətinin birgə əməkdaşlığı sayəsində SİMA yeni nəsil rəqəmsal imzanın İnternet Vergi İdarəsinə inteqrasiyası uğurla davam etdirilir.

Qurumdan Bakıvaxtl.az-a bildirilib ki, artıq sahibkarlar və hüquqi şəxslər üçün vahid vergi bəyannamələrinin göndərilməsi xidmətinə “SİMA İmza” ilə əlçatanlıq təmin olunub. Bununla da sahibkarların və təşkilatların dövlət büdcəsinə ödəməli olduqları bütün vergi öhdəliklərini vahid formada təqdim etməsi üçün nəzərdə tutulmuş rəsmi sənədin “SİMA İmza” ilə göndərilməsi mümkün olub.

Qeyd edək ki, bu bəyannamə vasitəsilə vergi ödəyicisi öz fəaliyyətindən əldə etdiyi gəlir və xərclər barədə məlumat verir və həmin məlumat əsasında ödəniləcək vergilər hesablanır.

Bu imkandan faydalanmaq üçün new.e-taxes.gov.az veb-saytında giriş üsulu kimi “SİMA İmza”nı seçmək və mobil tətbiq vasitəsilə təqdim edilən QR kodu “SİMA İmza” tətbiqində skan etmək kifayətdir.

Qeyd edək ki, hazırda vergi ödəyiciləri SİMA rəqəmsal imzanı ödənişsiz əldə etmək imkanına sahibdir. Bunun üçün “SİMA İmza” mobil tətbiqində qeydiyyatdan keçdikdən sonra fərdi sahibkar (hüquqi şəxs) imzasını əldə edərkən 6AYPULSUZ promokodunu daxil etmək kifayətdir. Qeydiyyatdan sonrakı 6 ay müddətində elektron imza üçün heç bir abunə haqqı tələb olunmayacaq.

“SİMA İmza”nın İnternet Vergi İdarəsinə inteqrasiyasına 2023-cü ildə başlanılıb və bu günədək 80-dən çox vergi xidmətinə əlçatanlıq təmin edilib.


SON XƏBƏRLƏR

07 Oktyabr 2025