• Bakı 23° C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

Sahibsiz itlər qoyun sürüsünə hücum etdi

HADİSƏ

19 May 2023 | 16:05

Sahibsiz itlər qoyun sürüsünə hücum etdi

Göyçay rayonunda sahibsiz itlər xırda buynuzlu heyvanlara hücum edib, nəticədə bir neçə qoyun tələf olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qaraməryəm kəndində qeydə alınıb.

Belə ki, sahibsiz itlərin qoyun sürüsünə hücumu nəticəsində kənd sakini Kamil Niftəliyevə məxsus 3 baş heyvan tələf olub, daha 7 baş heyvan isə yaralanıb.

Hadisənin baş verdiyi əraziyə baytarlar cəlb olunub və yaralı qoyunlara quduzluq əleyhinə vaksin vurulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyun 2026