Şəkidə evdə partlayış olub, ana və 2 azyaşlı övladı ağır xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, bu gün Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində yerləşən fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş verib.
Hadisə zamanı yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü Şəlalə Yusifova və onun 2 azyaşlı övladı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hər üç şəxs vəziyyətləri nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriləcək.
17:31
Şəkidə evdə partlayış olub, 3 nəfər ağır xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Aşağı Göynük kəndində, yaşayış evlərindən birində baş verib.
Belə ki, partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü Yusifova Şəlalə Nəsib qızı, 2021-ci il təvəllüdlü Soltanlı Məhəmməd Nicat oğlu və 2020-ci il təvəllüdlü Soltanlı Əli Nicat oğlu ağır xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.















