• Bakı 17° C

    1.68 m/s

Şahin Mustafayevin rəhbərlik etdiyi işçi qrup Xankəndidə görüş keçirəcək

CƏMİYYƏT

25 Sentyabr 2023 | 17:47

Şahin Mustafayevin rəhbərlik etdiyi işçi qrup Xankəndidə görüş keçirəcək

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi işçi qrupun üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatında bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026