• Bakı 21° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

CƏMİYYƏT

25 Oktyabr 2023 | 15:31

Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

"Qazaxıstan rəqəmsal transformasiya və ekosistemin inkişafı sahəsində bizdən xeyli irəlidədir".

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Ekspert bildirib ki, beynəlxalq statistikalar da bunu göstərir: "Amma elə sahələr var ki, biz onlardan xeyli irəlidəyik. Baxıram ki, Qazaxlar hələ indi "Rəqəmsal notariatı" işə salıb, hələ indi etibarnamələri rəqəmsallaşdıra biliblər. Bizdə isə elektron notariat neçə illər öncə, "Mobil notariat"ın ilk versiyası isə 2020-ci ildən aktivdir. "Mobil notariat" Azərbaycanın ən faydalı və populyar rəqəmsal hökumət həllidir. Hazırda isə onun az qala 4-cü versiyası aktivdir və burada xeyli sayda rəqəmsal ədliyyə xidmətləri əlçatandır. Amma onu da qeyd edim ki, Qazaxıstanın mobil hökumət tətbiqində 27 xidmət tam rəqəmsallaşıb, yəni orada telefonda göstərilən məlumatlar rəqəmsal sənəd statusa malikdir. "Bizim eGov mobil tətbiqdə olan məlumatlar isə sadəcə bir informasiysdır, hər hansı hüquqi əsası hələlik tam müəyyənləşməyib".

Həmçinin, qeyd edib ki, İRİA eGov mobil hökumət tətbiqinin yenidən qurulacağını, buradakı ən az 5 xidmətlə bağlı məlumatın "rəqəmsal sənəd" statusu alacağını açıqlayıb: "Hələlik bunlar reallaşmayıb. Yeri gəlmişkən, "Rəqəmsal notariat"la bağlı təqdimatı Qazaxıstanın ədliyyə qurumu Cənubi Asiyanın ən böyük innovasiya və texnologiya tıdbiri olan DİGİTAL BRİDGE2023 forumunda açıqlayıb. Hansı ki, bizim İRİA rəsmiləri də bu tədbirə qatılmışdılar. Tədbirdən sonra isə, hansısa bir təhlillər və müqayisələr aparılmadan, iki ölkəni müqayisə edərək Azərbaycanı "riskləri daim qiymətləndirərək çox diqqətli davranış" sərgiləyən ölkə olaraq xarakterizə etmişdilər".

O.Gündüzün sözlərinə görə, lakin, göründüyü kimi, problemlərimizlə bərabər, təqdim edə biləcəyimiz xeyli uğurlarımız da var.

"Ümumiyyətlə, düşünürəm ki, İRİA rəhbərliyi beynəlxalq tədbirlərdə təmsilçiliyə, ondan faydalanmağa daha ciddi diqqət yetirməlidir. Bəzən müşahudə olunur ki, hansısa beynəlxalq tərdbirə qatılanların içərisində İRİA rəsmiləri daha çoxluq təşkil edir, nəinki, startaplar və ya digər ekosistem iştirakçıları. Bu isə, yumşaq desək, doğru bir yanaşma deyil", - deyə Osman Gündüz əlavə edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026