Xırdalanda bıçaqlanan ata və oğlunun vəziyyəti açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasından verilən xəbərə görə, noyabrın 23-də saat 00:30 radələrində bıçaqlanma səbəbilə 2 vətəndaş xəstəxanaya yerləşdirilib. Hər iki şəxsə zəruri tibbi xidmətlər göstərilib. 1967-ci il təvəllüdlü (kişi cinsli) pasiyentə sağ budun orta 1/3-nin deşilmiş, kəsilmiş yarası, 1995-ci il təvəllüdlü (kişi cinsli) pasiyentə sol kürək nahiyəsinin plevra boşluğunu dəlib keçən deşilmiş, kəsilmiş yara, pnevmotoraks diaqnozu qoyulub./APA
***
09:58
Noyabrın 23-də gecə saatlarında Xırdalan şəhərində ata və oğluna kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Ramal Zamanov saxlanılıb.
Araşdırma aparılır.
















