• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DYP qaydaları pozmayan sürücüləri mükafatlandırdı

CƏMİYYƏT

24 Dekabr 2023 | 13:31 | Müəllif: Subhan Mahmudov

DYP qaydaları pozmayan sürücüləri mükafatlandırdı

Bu gün il ərzində yol hərəkəti qaydalarını pozmayan sürücülər Baş Dövlət Yol Polisi (DYP) tərəfindən mükafatlandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən Müayinə Mərkəzində keçirilən tədbirdə nümünəvi sürücü adı qazanan 37 sürücüyə müxtəlif hədiyyələr təqdim edilib.

Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri də iştirak edib və sürücülərə mükafatlar onlar tərəfindən təqdim olunub.

İl ərzində mütəmadi olaraq keçirilən tədbirdə məqsəd sürücüləri qayda pozmamağa təşviq və yollarda təhlükəsizliyi təmin etməkdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026