• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İslam ölkələrində “Şuşa günləri” keçiriləcək

CƏMİYYƏT

23 Yanvar 2024 | 13:02

İslam ölkələrində “Şuşa günləri” keçiriləcək

İslam ölkələrində “Şuşa günləri”keçiriləcək.
Bakıvaxtı.az
xəbər verir ki, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb.

Sərəncama əsasən, 2024-cü il ərzində Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İslam ölkələrində “Şuşa günləri”nin keçirilməsi və tədbirdə folklor incəsənət qruplarının, Qarabağ xalçalarının, foto və rəsm əsərlərinin, videoçarxların nümayişi, kitab təqdimatlarının keçirilməsini təmin etməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026