Mobil telefonlar zəhər yayır.
Bakıvaxtı.az "CNN Türk"ə istinadən xəbər verir ki, İngiltərədəki London Universitet Kollecinin alimləri smartfonların və LED ofis işıqlandırma məhsullarının yaydığı mavi işığın bədən üçün “toksik” olduğunu və “saatlı bomba” sayıla biləcəyini açıqlayıblar.
Tədqiqatçılar aşkar ediblər ki, gün ərzində smartfonlar və LED ofis işıqlandırma məhsullarından yayılan mavi işığa məruz qalma hüceyrələrin enerjisi üçün lazım olan enerjini istehsal edən mitoxondrini pozur. Bu, orqanizmin funksiyalarını pozub qan şəkərinin səviyyəsinə mənfi təsir göstərərək diabetə səbəb ola bilər.
Mavi işığın sağlamlığa vurduğu ziyan da ömrün qısalmasına səbəb olur. Bütün bu problemlər mavi işığın toksikliyindən qaynaqlanır. Bütün bunlarla yanaşı, mavi işığın gözlərə də zərər verdiyi məlumdur.
Prof. Dr. Glen Jeffery Daily Mail-ə bunları deyib: “Günəş işığında qırmızı və mavi arasında tarazlıq var, lakin biz indi mavi işığın üstünlük təşkil etdiyi bir dünyada yaşayırıq. Qırmızı olmadan mavi işığa uzun müddət məruz qalmaq təhlükəlidir. Mavi işıq fiziologiyaya mənfi təsir göstərir, qan şəkərini pozur və diabetə səbəb olur. LED işıqlar yaşlılar üçün daha zərərlidir".
Ay Tac
















