Naxçıvanda küçədə dava olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Heydər Oğuz sosial şəbəkə hesabında görüntülər paylaşıb.
Görüntülərdə adı açıqlanmayan qadının kişini küçənin ortasında döydüyü əks olunub. Davanın səbəbi bilinmir.
Yaxınlıqda olan polis əməkdaşının müdaxiləsi nəticəsində onları ayırmaq mümkün olub.
Məsələ ilə bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə şəxsi münasibətlər zəminində baş verib: “Fevralın 21-də Naxçıvan şəhərində Orxan (adlar şərtidir) və Gülmira adlı şəxslər arasında şəxsi münasibətlərin pozulması zəminində münaqişə baş verib. Faktla bağlı Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcək”.
Həmin görüntüləri təqdim edirik:
















